Dünya Özəl

BMT: Türkiyədə kokain müsadirələri yeddi ildə yeddi dəfə artıb

BMT: Türkiyədə kokain müsadirələri yeddi ildə yeddi dəfə artıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) dərc etdiyi son qlobal kokain hesabatı göstərir ki, Türkiyədə kokain müsadirəsində son 7 ildə 7 dəfə artım müşahidə olunub.

Demokrat.az xəbər verir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin hazırladığı hesabata görə, 2021-ci ildə Türkiyədə 2,8 ton kokain ələ keçirilib.

Türkiyəyə keçirməyə cəhd edilən kokain Antalya, Tekirdağ və İstanbul limanlarında ələ keçirilib.

Araşdırma qlobal kokain istehsalının dünyada rekord səviyyələrə çatdığını göstərib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova