Hadisə Özəl

İdman zalında başlayan mübahisə qanla bitdi

İdman zalında başlayan mübahisə qanla bitdi

Türkiyənin İzmir şəhərində idman zalında paltar geyinmək üstündə başlayan müzakirə ertəsi gün ov tüfəngi ilə davaya çevrilib.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Biri ağır olmaqla, 7 nəfərin yaralandığı hadisə təhlükəsizlik kamerasına düşüb.

İki nəfər arasındakı dava daha da böyüyüb. Belə ki, davaya digər oğlanlar da qarışıb.

Uzun müddət davam edən mübahisə qanla nəticələnib.

Hadisə yerinə polislər cəlb olunub.

Yaralının vəziyyətinin ağır olduğu və hadisəni törədən şəxsin həbs edildiyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova