Şou-biznes

"Mən gələndə artıq gec idi"

Mən gələndə artıq gec idi

Xalq artisti Brilliant Dadaşova mərhum əmisi oğlu, Xalq artisti Rafael Dadaşovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, müğənni aktyorun anım günü olduğunu vurğulayıb:

"Rafael, heyf sən xəstəxanaya düşəndə Bakıda deyildim. Gələndən sonra əlimizdən gələni etdik. Amma gec oldu".

Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi.

NE
Nihadə Eyyubova