Hadisə Özəl

Polşada Rusiyanın casus şəbəkə üzvləri tutuldu

Polşada Rusiyanın casus şəbəkə üzvləri tutuldu

Polşada Rusiyaya məlumat ötürmək üçün casusluq fəaliyyəti ilə məşğul olduğu iddia edilən şəbəkə üzvləri tutulub.

Demokrat.az xəbər verir ki, bununla bağlı Polşa mətbuatı məlumat yayıb.

Məlumata görə, keçirilən əməliyyat zamanı 6 nəfər saxlanılıb.

Saxlanılanlar Ukraynaya silah və sursat daşınması üçün əhəmiyyətli məntəqə olan Yasionka hava limanı ətrafında və dəmir yolu marşrutlarında gizli kameralar quraşdırmaq şübhəli bilinirlər.

Polşanın müdafiə naziri Marius Blaşçak bununla ölkədə Rusiyaya işləyən casus şəbəkəsinin dağıdıldığını bəyan edib.

Blaşçak bildirib ki, Ukrayna Rusiyadan, Polşa isə Belarusdan hibrid hücumlarla üz-üzədir.

Nazir həmçinin ölkədə buna bənzər başqa qrupların ola biləcəyinə də istisna etməyib.

Aysu Demokrat.az

D
demokrat.az