Sosial Özəl

Ekspert Kürdə suyunun azalmasının səbəbini AÇIQLADI

Ekspert Kürdə suyunun azalmasının səbəbini AÇIQLADI

"Kür çayının aşağı hissəsində suyun az olmasının səbəbi hazırda su anbarlarının intensiv olaraq doldurulmasıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

Ekspert Kürdə suyunun azalmasının səbəbini AÇIQLADI

Ekspertin sözlərinə görə, Gürcüstandan gələn su Mingəçevir su anbarında tutulub saxlanılır:

"Biz nəzərə almalıyıq ki, Mingəçevir su anbarları Azərbaycanın əsas su arteriyaları olan Qarabağ və Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalını su ilə təmin edir. Yay aylarında bu kanalları su ilə təmin etmək, ümumiyyətlə, həm də Kürün aşağı axınında məcranı su ilə təmin etmək üçün su ehtiyatı yığılır. Bu, bir qədər çox sərt tədbirdir. Görünür ki, bizim su menecerləri ötən ilki hadisələrdən bir qədər çəkinirlər ki, yay aylarında baş verən o qorxulu quraqlıq hadisələri yenidən təkrarlanmasın. Bir hidroloq kimi mən onları başa düşürəm. Amma bir ekoloq kimi, əlbəttə ki, mən istərdim Kürün aşağı hissəsinə də su buraxılsın. Çünki Kürün aşağı hissəsində çox qiymətli ekosistemlər var, orada balıqlar yaşayır və bunlar su ilə təmin olunmalıdır".

Aynurə Demokrat.az

D
demokrat.az