Siyasət Özəl

Deputat: "Fransada müsəlmanların bütün hüquqları məhdudlaşdırılıb"

Deputat: Fransada müsəlmanların bütün hüquqları məhdudlaşdırılıb

"Fransa tarix boyu öz islamafob davranışları ilə seçilib. Biz bunu müxtəlif formalarda Fransanın nümunəsində görmüşük".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat vurğulayıb ki, Fransa vaxtilə Əlcəzairdə müxtəlif soyqırımları törədib, bu gün isə Fransanın özünün daxilində müsəlmanlara qarşı bir dözümsüz münasibət var:

"Müsəlmanların hüquqlarının pozulduğunu biz dəfələrlə görmüşük. Hətta, Fransada Məhəmməd peyğəmbərin karikaturası çəkilərək onun təhqir olunmasına cəhdlər edildi. Bu gün Fransada müsəlmanların bütün hüquqlarının məhdudlaşdırıldığını görürük. Bu gün Fransa bunu Azərbaycan-Ermənistan arasındakı keçmiş münaqişə müstəvisində edir. Sırf islamafob yanaşmasına görə bu gün biz Fransanın Azərbaycana qarşı qərəzli və ikili standartlara qarşı yanaşmasını açıq-aydın görürük. Fransa Türkiyəyə, Azərbaycana və ərəb ölkələrinə münasibətdə davamlı olaraq bu münasibəti sərgiləyir. Bu, bir daha onu göstərir ki, bu addımlar Fransanın artıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib.

Fransa davamlı olaraq bu addımları ataraq bu müstəvidə bütövlükdə ikili standartlı yanaşmada bütün dünya ölkələrin önünə gəlir. Biz deyə biləik ki, bu açıq-aydın müstəvidə özünü çox açıq şəkildə göstərir. Bu gün Fransa bunu dəfələrlə qeyd etmişdir, müxtəlif işğallarda özünü nümayiş etdiribdir. Bu gün də bu siyasət, bu yanaşma davam edir".

Aynurə Demokrat.az

D
demokrat.az