İqtisadiyyat Özəl

İqtisadçı: "Paytaxtda topdansatış bazarlarının sayı artırılmalıdır"

İqtisadçı: Paytaxtda topdansatış bazarlarının sayı artırılmalıdır

"Bayramqabağı qiymətlərin qalxmasının həm iqtisadi, həm də inzibati səbəbləri vardır. İqtisadi səbəblər odur ki, bayramqabağı tələb artır. Tələbin artması isə təbii olaraq qiymətlərin artmasına gətirib çıxardır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

İqtisadçının sözlərinə görə, amma qiymətlərin artması tələbin artmasından daha çoxdur:

"Yəni, qiymətin artım dinamikası tələbin artımını üstələyir. Bunun da səbəbi subyektiv amillərdir, yəni bazarda lazımi səviyyədə rəqabət mühitinin olmamasıdır. Bazarlara mal təklif edən təsərrüfat subyektlərinin, o cümlədən də topdan satış mərkəzlərinin və yerli bazarlarda olan birbaşa təsərrüfat subyektlərinin, rəqabət mühitinin olmaması nəticədə sahibkarların daha yuxarı qiymət diqtə edilməsinə gətirib çıxardır. Bayram elədir ki, müəyyən məhsulların bir növ qurtardığı dövrdür. Bu gün ölkəmizdə lazımi səviyyədə anbarlarımız yoxdur ki, məhsullar orada saxlanılsın və tələb artan zaman bu məhsullar bazarlara çıxarılsın. Yəni, müəyyən məhsullar anbar səbəbindən saxlanıla bilmir və daha əvvəl daha ucuz satılır.

İqtisadçı: Paytaxtda topdansatış bazarlarının sayı artırılmalıdır

Həmçinin həm ixrac olunur, həm də xarab olur. Nəticə odur ki, bayramqabağı məhsulların qiymətində artımın olması qaçılmaz olur. Ona görə də, bizdə kənd təsərrüfatı istehsalının artırılmasına ciddi önəm vermək lazımdır".

Ekspert təklif edib ki, kənd təsərrüfatı məhsulları üçün normal şərait yaradılmalıdır:

"Anbar təsərrüfatları, tədarük məntəqələri, regionlar üzrə topdansatış bazarları yaradılmalıdır. Paytaxtda topdansatış bazarlarının sayı artırılmalıdır. Bütün bunlar vacib şərtdir ki, süni qiymət artımları olmasın. Yəni anbar infrastrukturu, bütün inzibati rayonlar üzrə böyük tədarük məntəqələri, eyni zamanda da ölkənin böyük şəhərlərində və paytaxtda topdan satış bazarlarının daha çox olması, onların rəqabət şəraitində fəaliyyət göstərməsi çox vacibdir".

Nəzrin Demokrat.az

D
demokrat.az