Hadisə Özəl

Bakıda əri tərəfindən döyülən qadın onu bağışladı

Bakıda əri tərəfindən döyülən qadın onu bağışladı

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Daşqın ailə münaqişəsi zəminində həyat yoldaşı Zülfiyyəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 dekabr 2022-ci ildə Sabunçu rayonunda baş verib.

O, şəxsi münasibətləri zəminində yaranmış münaqişə zamanı Zülfiyyənin bədəninin müxtəlif nahiyəsindən yumruqla vurub. Ona alın, ənsə nahiyələrinə xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2013-cü ildə Zülfiyyə ilə nikaha daxil olub, birgə nikahdan bir övladı var:

“Ailə qurduqları ilk vaxtlar münasibətlərimiz normal olsa da, son zamanlar müxtəlif səbəblərə görə aramızda mübahisələrimiz yaranıb.

Dekabrın 18-də Zülfiyyə işdə olduğu zaman onunla danışmaq üçün mobil telefon vasitəsi ilə ona video görüntülü zəng etdim. Zülfiyyənin geyindiyi paltarı bəyənmədiyim üçün ona iradımı bildirdim. Bu səbəbdən aramızda sözlü mübahisə yarandı”.

Təqsirləndirilən şəxs qeye dib ki, həmin gün Zülfiyyə işdən evə qayıtdığı zaman geyimi ilə bağlı yenidən ona irad bildirib:

“Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əlim ilə Zülfiyyənin üz və ənsə nahiyəsinə bir neçə zərbə vurdum. Daha sonra Zülfiyyə anasına zəng edərək hadisə bağlı məlumat verdi. anası da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq barəmdə şikayət etdi”. Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Daşqının barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az