Hadisə Özəl

ABŞ-da dəhşət: 3 yaşlı uşaq bacısını öldürdü

ABŞ-da dəhşət: 3 yaşlı uşaq bacısını öldürdü

ABŞ-ın Texas ştatında 3 yaşlı uşaq evdə tapdığı silahla 4 yaşlı bacısını öldürüb.

Demokrat.az "CBS News"-a istinadən xəbər verir ki, polis hadisə zamanı uşaqların yataq otağında, ailə üzvlərinin isə başqa otaqlarda olduğunu bildirib.

3 yaşlı uşaq tapdığı tapança ilə təsadüfən 4 yaşlı bacısını vurub.

Azyaşlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova