"Twitter" tərəfindən ilk dəfə dekabrın 12-də yayımlanan premium abunə xidməti "Twitter Blue" uzun müddətdir ki, ABŞ başda olmaqla bir çox ölkədə istifadə olunur. Türkiyədə yeni xidmətə başlayan abunə xidmətinin qiymətləri əks-reaksiyaya səbəb olub.
Demokrat.az xəbər verir ki, bununla bağlı Türkiyə mediasında tənqidi xəbərlər yer alıb.
Qeyd olunub ki, İlon Maskın satın alınmasından sonra gündəmdə olan "Twitter" yenidən tənqid hədəfinə çevrilib.
Türkiyədə yenicə istifadəyə verilən premium abunə xidməti olan "Twitter Blue"-nun abunə haqqı sosial mediada da tənqid olunub.
Qeyd edək ki, "Twitter Blue"-nun iOS versiyası istifadəçilərə ayda 209 TL, illik 2199 TL-yə təklif edilir. Veb versiyasının qiymətləri isə ayda 150 TL, illik 1569 TL təşkil edir.
Tətbiqin Android versiyası hələ mövcud deyil.
Aysu Demokrat.az


