Hadisə Özəl

Toz fırtınasında 42 avtomobil toqquşdu — VİDEO

Toz fırtınasında 42 avtomobil toqquşdu — VİDEO

Macarıstanın paytaxtı Budapeştdə toz fırtınası zəncirvari yol qəzasına səbəb olub.

Demokrat.az xəbər verir ki, 42 avtomobilin iştirakı ilə baş verən qəzada 13-ü ağır olmaqla 39 nəfər xəsarət alıb.

Qəfil toz fırtınası sürücülərin görmə qabiliyyətini azaldıb.

Magistral yolda kor-koranə hərəkət edən onlarla avtomobil bir-biri ilə toqquşma anının görüntüləri kameralara da əks olunub.

Qəzadan sonra 19 avtomobildə yanğın baş verib.

Aysu Demokrat.az

D
demokrat.az