Şou-biznes

Afaq Gəncəlinin səhhətində problem yarandı

Afaq Gəncəlinin səhhətində problem yarandı

AparıcıAfaq Gəncəlinin səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə onun həmkarıHacı Nuran sosial şəbəkədə məlumat yayıb.

"Afaqın ürəyində böyük bir dərdi var, amma bunu içində çəkib həmişə, dərdlər onu möhkəm edib.Mən heç Afaqı qəmli, qanıqara görmədim.Həmişə şad-xürrəm olub. Göz yaşını içinə axıdıb, qəhərini boğazında boğub. Elə içinə axıtdığı göz yaşı, boğazında düyünlənən qəhər onun səhhətində problemlər yaratdı. Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib. Hamının onun üçün duaetməsini diləyirəm. Çünki mənim dostumun bu dualara böyük ehtiyacı var. Allah şəfa versin" deyə, Hacı Nuran yazıb.

Qeyd edək ki, Afaq bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar "Səhər mərkəzi" verilişindəki fəaliyyətinə ara verib.

NE
Nihadə Eyyubova