Gündəm

Səfir: "Ermənistan öz silahlılarını Qarabağa daşımağa davam edir"

Səfir: Ermənistan öz silahlılarını Qarabağa daşımağa davam edir

Ermənistan Rusiya sülhməramlılarının dəstəyi ilə öz silahlılarını Qarabağa daşımağa davam edir.

APAxəbər verir ki, bunu Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri, ölkəmizin NATO-dakı səfiri Cəfər Hüseynzadə “Twitter“də yazıb.

“Ermənistan öz silahlı dəstələrini Rusiya sülhməramlılarının dəstəyi ilə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonuna daşımaqda davam edir. Bu da 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın qəsdən pozulmasıdır və hərbi əməliyyatların bərpasına səbəb ola bilər” - Hüseynzadə qeyd edib.

NE
Nihadə Eyyubova