Sosial Özəl

Su ehtiyatlarımız bu cür təmin oluna bilər — Nazir müavini AÇIQLADI

Su ehtiyatlarımız bu cür təmin oluna bilər — Nazir müavini AÇIQLADI

“Azərbaycanda su ehtiyatları həddindən artıq məhduddur”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Dövlət Su Komissiyasının tədbirində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, fermerlərə bu baxımdan dəstək göstərmək üçün ciddi şəkildə işlər görülür:

"Bildiyiniz kimi kənd təsərrüfatı sahəsi suvarmadan bilavasitə aslı olan bir sahədir. Suya qənaət tədbirləri vasitəsilə lazimi su ehtiyatı təmin oluna bilər.

Eyni zamanda kənd təsərrüfatı ilə məşğul olan fermerlərin suyla təmin olunmasına da şərait yarada bilər. Bu baxımdan bir sıra tədbir layihələrinin üzərində çalışırıq. Həmçinin, bu məsələ ilə bağlı müvafiq orqanlarla birlikdə koordinasiyalı işlər görülür".

Aysu Demokrat.az

D
demokrat.az