"Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın başa çatdığını elan etməsi əlsində gözlənilən idi. Təbii ki, Ümumdünya Səhiyyə Təşkilatının bu açıqlamasından sonra dünya ölkələrinin öz qanunlarına görə davranma haqqı var".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli deyib.
İqtisadçı bildirib ki, pandemiyaya görə qadağaların qalması artıq doğru deyil:
"Ölkələr qadağaları başqa səbəblərdən saxlaya bilər. Bu, ölkələrin öz haqqıdır. Ancaq bundan sonra sərhədlərin bağlı qalması tək pandemiyaya istinad edilməməlidir. Quru sərhədlərin nə zaman açılacağı məsələsinə gəlincə, bu dövlətin verəcəyi qərardır".
Aynurə Demokrat.az


