Region

Gürcüstanda etirazçılar hökumətin istefasını və növbədənkənar seçki tələb etdilər

Gürcüstanda etirazçılar hökumətin istefasını və növbədənkənar seçki tələb etdilər

Gürcüstanda axşam saatlarında kütləvi etirazlar davam edir.

Artıq etirazçılar ölkədə hakimiyyətin dəyişdirilməsini tələb edirlər.

Müxalifət siyasətçiləri tribunadan etirazçılar qarşısında çıxış edərək növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyini bəyan ediblər.

Eyni zamanda, müxalifətin bir hissəsi Avropaya gedən yolun və kursun toxunulmazlığına əmin olana qədər etirazları dayandırmayacaqlarını vurğulayır.

Martın 10-u yerli vaxtla saat 11-də Tiflisdə etiraz aksiyalarının davam edəcəyi planlaşdırılır.

NE
Nihadə Eyyubova