Dünya Özəl

Lavrov Səudiyyə Ərəbistandan olan həmkarı ilə görüşdü

Lavrov Səudiyyə Ərəbistandan olan həmkarı ilə görüşdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan bin Abdullah Al Səud ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdən əvvəl çıxış edən Lavrov beynəlxalq arenada ortaq maraqların inkişafı ilə bağlı atılacaq addımları, iki ölkə arasında iqtisadi razılaşmaları dəyərləndirəcəklərini bildirib. Bağlı qapılar arxasında keçirilən görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirərək gündəmə dair açıqlamalar veriblər. Dünyada baş verən proseslərin Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa mane olmadığını ifadə edən Lavrov iki ölkə arasında həm enerji, həm də digər sahələrdə əməkdaşlıq üçün möhkəm baza olduğunu söyləyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova