2021-ci ildən Əfqanıstanda nəzarəti bərpa edən Taliban ölkədə təhlükəsizliyi hələ də təmin edə bilməyib.
Demokrat.az xəbər verir ki, Əfqanıstanın şimalındakı Bəlx vilayətinin qubernatoru Məhəmməd Davud Müzəmmil ofisində baş verən partlayış nəticəsində həlak olub.
Partlayış nəticəsində ən azı daha bir nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilir.
Səbəbi hələ məlum olmayan partlayışla bağlı araşdırmalara başlanılıb.
Partlayışın kamikadze hücumu nəticəsində baş verdiyi barədə xəbərlər təsdiqini tapmayıb.
Qeyd edək ki, Məhəmməd Davud Müzəmmil Taliban hakimiyyəti ələ keçirdikdən sonra öldürülən ən yüksək vəzifəli məmurdur.
Aysun Demokrat.az


