Lənkəran rayonu Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin oğlan şagirdləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xadimələrin yerinə işə gələrək məktəbi təmizləyiblər.
Bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat və fotolar yayılıb.
“Məktəbimizin könüllülər qrupunun oğlan üzvlərinin öz təşəbbüsləri ilə xadimələri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə kreativ təbriki xadimələrdə xoş təəssürat yaratdı”, - məlumatda deyilir.
Hadisə martın 7-də - iş günü baş verib. 






