“Şimal axını” boru kəmərlərinə qarşı hücum təxribat aktı olub.
Demokrat.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) müdafiə nazirlikləri rəhbərlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Stokholma gələn NATO-nun baş katibi Yens Stoltenberq “Şimal axını”nda törədilən təxribatın arxasında kimin dayanmasının hələ də məlum olmadığını və araşdırmaların davam etdiyini bildirib.
Stoltenberqin sözlərinə görə, “Şimal axını” boru kəmərlərinə qarşı hücum təxribat aktı olub.
Bundan əvvəl Britaniyanın “The Times” qəzeti yazıb ki, Qərb ölkələrinin kəşfiyyatı “Ukraynadan olan özəl müəssisəni” təxribatın günahkarı hesab edir, Kiyev onun əməllərindən xəbərsizdir. Eyni zamanda, Ukrayna ilə Almaniya arasında mübahisənin qarşısını almaq üçün təşkilatın adı gizlədilir və açıqlanmayacaq.
Xatırladaq ki, 27 sentyabr 2022-ci ildə Nord Stream AG şirkətin Baltik dənizinin dibi ilə Almaniyaya uzanan iki qaz kəmərinə, Şimal axını və Şimal axını 2-yə görünməmiş ziyan vurduğunu elan edib. Daha sonra alman müstəntiqləri etiraf ediblər ki, qaz kəmərlərində baş verən partlayışların arxasında Qərb ölkələrindən birinin nümayəndələri dayana bilər.
Demokrat.az


