Dünya

Ukrayna da "dəmir yumruq" hazırlayır — Əks-hücuma keçəcək

Ukrayna da dəmir yumruq hazırlayır — Əks-hücuma keçəcək

Aİ müdafiə nazirlərinin Stokholmda keçiriləcək iclasında Ukraynaya əks-hücum üçün lazım olan bir milyon 155 millimetrlik artilleriya sursatının və digər ağır texnikanın tədarükü məsələsi müzakirə olunacaq.

Demokrat.az “Evropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bu barədə Stokholmda görüşə gələn Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov bildirib.

Reznikovun sözlərinə görə, görüşdə Ukraynanın hərbi dəstəyinin cari prioritetləri müzakirə olunacaq:

"Bir nömrəli prioritet hava hücumundan müdafiə sistemləridir. Eləcə də, döyüş sursatı. Ona görə də dostum Hanno Pevkurun (Estoniya Müdafiə Nazirliyinin rəhbəri. - Red.) 1 milyon 155 mm-lik sursat təşəbbüsünü dəstəkləyirəm. ", - nazir bildirib.

O, həmçinin Ukraynaya zirehli piyada döyüş maşınları, tanklar, xüsusən də “Leopard”ın verilməsinin vacibliyini vurğulayıb ki, bu da Ukraynaya “polad yumruq” yaratmağa və əks hücuma hazır olmağa imkan verəcək. Çatdırılmaları ləngidə bilən bürokratik prosedurları şərh edən Reznikov "mümkün qədər tez irəliləməyə" çağırıb.

Demokrat.az

D
demokrat.az