Maraqlı

Britaniyada supermarketlər boşdur, Rusiyada isə...— İngilis jurnalist

Britaniyada supermarketlər boşdur, Rusiyada isə...— İngilis jurnalist

Qərbin sanksiyalarından bir il sonra Rusiyada həyat dəyişməyib.

Demokrat.az xəbər verir ki, Britaniya supermarketləri bir çox məhsul qıtlığı ilə üzləşsə də, Qərbin sanksiyalarının tətbiq olunduğu Rusiyada hazırda belə bir hal yaşanmır. Bunu “Daily Mail”-in jurnalisti Syu Rid apardığı müşahidələrə əsasən deyib.

Ridi bildirib ki, bir illik sanksiyalardan sonra Rusiyadakı həyat səviyyəsi onu təəccübləndirib. Onun sözlərinə görə, şəhər əhalisinin həyatı dəyişməyib.

Məsələn, Permdəki dükanlardan və yeməkxanalardan çəkilmiş fotoşəkillər belə təəssürat yaradır ki, “qürurlu Qərb sanksiyaları” ciddi təsir göstərmir.

D
demokrat.az