Martın 7-8-də Stokholmda Avropa İttifaqının (Aİ) üzvü olan 27 ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşü keçirilib.
Demokrat.az-ın məlumatına görə,bu barədə Aİ Şurasına sədrlik edən İsveçin rəsmi saytında məlumat verilib.
Görüşdə bütün növ silahların istehsalının artırılması və Ukraynaya daha çox mərmi göndərilməsi imkanları müzakirə olunub.
İclasda NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri Aleksiy Reznikov iştirak edib.
Demokrat.az


