Region Özəl

Binadan yıxılan qadın taksi sürücüsünün üzərinə düşdü

Binadan yıxılan qadın taksi sürücüsünün üzərinə düşdü

Türkiyədə 5-ci mərtəbədəki evinin eyvanında özünü itirən qadın sifarişlə çağırdığı taksi sürücüsünün üzərinə yıxılıb.

Demokrat.az xəbər verir ki, xəsarət alan qadın və sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə yerli vaxtla saat 05.30 radələrində baş verib. Mənzilin 5-ci mərtəbəsində yaşayan G.A adlı qadın onu evdən götürmək üçün taksi sürücüsünə zəng edib. Sürücü mənzilin qarşısına gəlib. Sərxoş olduğu iddia edilən qadın dərhal balkona çıxıb aşağı düşəcəyini bildirib. Lakin bu vaxt müvazinətini itirərək, taksi sürücüsünün üzərinə düşüb.

Aysu Demokrat.az

D
demokrat.az