Hadisə

Xocəsən-Sədərək yolunda yanan avtobus söndürülüb — YENİLƏNİB (ANBAAN VİDEO)

Xocəsən-Sədərək yolunda yanan avtobus söndürülüb — YENİLƏNİB (ANBAAN VİDEO)

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda IVECO markalı sərnişin avtobusunun yanması ilə bağlı məlumat verib.

Qeyd olunub ki, avtobusun yanar hissələri yanıb, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

08:55

Bakıda sərnişin avtobuslkarından birini alışaraq yanıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə Xocəsən-Sədərək yolunda qeydə alınıb.

Yanğın hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yoxdur.

D
demokrat.az