Cəlilabad rayonunda əmisi oğlunu bıçaqlamaqda təqsirli bilinən Ramil Aslanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Müşfiq Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 14-ə təyin olunub.
İttihama görə, hadisə rayonun Cəlayir kəndində baş verib.
Kənd sakinləri 41 yaşlı ramil Aslanov ilə həmkəndlisi və həmyaşıdı olan əmisi oğlu Rahib Aslanlı arasında mübahisə yaranıb.
Mübahisə zamanı Ramil Rahibin qarnına bıçaq zərbəsi vurub.
İstintaq orqanı tərəfindən Ramil Aslanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. Fariz Məlikli Demokrat.az


