Region Özəl

Şoyqu Mariupola getdi — FOTO

Şoyqu Mariupola getdi — FOTO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu işğal altında olan Ukraynanın Mariupol liman şəhərinə səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Müdafiə naziri Şoyqu Mariupolda əvvəllər fəaliyyət göstərən obyektlərin təkmilləşdirilməsinə və tikinti sahələrində aparılan işlərə nəzarət edib.

Nazir çoxfunksiyalı Tibb Mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Mərkəzinə və yeni qəsəbəyə baş çəkib.

Həmçinin regionun müxtəlif yaşayış məntəqələrini su ilə təmin etmək üçün nəzərdə tutulan su kəmərinin tikintisi ilə bağlı hesabatı dinləyib.

Şoyqu Mariupola getdi — FOTO
Aysu Demokrat.az

D
demokrat.az