ABŞ-ın Merilend ştatında yanacaq daşıyan tanker aşıb və qəfil yanmağa başlayıb.
Demokrat.az xəbər verir ki, tankerin hansı səbəbdən aşdığı hələlik məlum deyil. Qəza nəticəsində tankerin sürücüsü dünyasını dəyişib.
Tankerdə başlayan yanğın 5 avtomobilə və 6 evə keçib. Alovdan bir binaya ziyan dəydiyi bildirilib. Əraziyə yanğınsöndürənlər göndərilib.



