Dünya Özəl

Tramp: “Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm”

Tramp: “Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini “bir gündə” bitirə biləcəyini iddia edib.

Demokrat.az xəbər verir ki, o, bu sözləri Amerika Mühafizəkarlar İttifaqının təşkil etdiyi konfransda çıxışı zamanı deyib.

ABŞ-ın sabiq prezidenti üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq yeganə şəxsin özü olduğunu bildirib:

“Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini “bir gündə” bitirə bilərəm. Üçüncü dünya müharibəsi hər an başlaya bilər. Bunun qarşısını ala biləcək yeganə lider mənəm”.

Donald Tramp dövründə həyata keçirdiyi Rusiya və Çin siyasətini yüksək qiymətləndirib.

O, həmçinin ABŞ-ın azad ölkə olmadığını və hazırda da azad mediaya sahib olmadığı söyləyib:

“Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm”.

Aysu Demokrat.az

D
demokrat.az