Hərbi

Şəhid Şəhriyar Əlibəyli dəfn olundu — YENİLƏNİB (FOTO/VİDEO)

Şəhid Şəhriyar Əlibəyli dəfn olundu — YENİLƏNİB (FOTO/VİDEO)

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub.

Oxu.Az xəbər verir ki, şəhidimiz İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

11:54

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi başa çatıb.

"Report"un xəbərinə görə, onun nəşi dəfn olunması üçün II Şəhidlər xiyabanına aparılır.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edir.

10:45

Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəhriyar Əlibəylinin vida mərasiminə gəliblər.

Oxu.Az xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhid Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi davam edir.

09:25

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Hafiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.

Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

Şəhid Şəhriyar Əlibəyli dəfn olundu — YENİLƏNİB (FOTO/VİDEO)
Şəhid Şəhriyar Əlibəyli dəfn olundu — YENİLƏNİB (FOTO/VİDEO)
Şəhid Şəhriyar Əlibəyli dəfn olundu — YENİLƏNİB (FOTO/VİDEO)

D
demokrat.az