Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun mətbuat katibi Nərmin Ağayevanın avtomobilinin şüşəsi sındırılıb. Pravda.az-ın xəbərinə görə, bu barədə N.Ağayeva özü məlumat verib. Onun sözlərinə görə, hadisə Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Zığ yaşayış kompleksi”ndə baş verib. “Oğurluğu törədən şəxs və ya şəxslər avtomobilin yan şüşəsini qıraraq içəridə olan pul, sənətlər, telefon, digər maşının açarlarını və başqa əşyalar götürüblər. Hadisə barədə artıq polisə məlumat verilib, araşdırma aparılır, deyilənə görə. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən hələ də bir xəbər yoxdur”, - o qeyd edib. 

AMEA-nın Tarix İnstitutunun mətbuat katibinin avtomobilinin şüşəsi sındırılıb, pul oğurlanıb — FOTO
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


