Şou-biznes Özəl

"Kurtlar Vadisi Pusu"nun məşhur aktrisası ölkəni tərk edir?

Kurtlar Vadisi Pusunun məşhur aktrisası ölkəni tərk edir?

Türkiyəli aktirisa Çiğdem Batur bir alış-veriş mərkəzində obyektivlərə tuş gəlib.

Demokrat.az Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi jurnalistlərin suallarını cavablandırarkən bunları deyib.

"Çox üzgünük, yaxşı olmağa çalışırıq. İnsanlarla empati qurmaqdan daha çox onları başa düşməyə çalışıram. "Yaxşıyıq" deyirik, amma bir az daha yaxşı olsun deyə həyatımızda bir bəhanə axtarırıq."

Tez-tez Londona gedib-gəldiyini deyən aktrisanın bu sözləri "ölkəni tərk edəcəkmi?" sualını gündəmə gətirib. Suala cavab vermədiyindən, maqazin cameəsində hələ də bu məsələ sual olaraq qalmaqdadır.

Qeyd edək ki aktrisa Çiğdem Batur "Kurtlar Vadisi Pusu" serialında "prokuror Leyla" obrazını canlandırmışdı.

Arzu Demokrat.az

NE
Nihadə Eyyubova