“İlkin Rüstəmzadənin Bəxtiyar Hacıyev barəsində çıxışını dinlədim və dəhşətə gəldim. Əxlaq, kişilik, mübarizə... Bütün dəyərləri ucuzlaşdıran məxluqlar, həyatın dibinə düşüblər. Və həyatın bu dibindən kiməsə dərs keçib, daş da atırlar...” Pravda.azxəbər verir ki, bunu jurnalistEynulla Fətullayevbildirib. “Ona görə də, son 10 ildə davamlı olaraq yazıram ki, qət etdiyimiz tarixi yolu, "şiəlik" genetik kodumuzu, sosio-siyasi dünyagörüşümüzü və ən əsası, intellektual və mənəvi (bunlar bir birinə bağlı kateqoriyalardı) tənəzzülü nəzərə alaraq, Azərbaycan üçün ən optimal və uğurlu yol İordaniya modelidir. Yəni, ağıllı və güclü lider, sərt üfuqi hakimiyyət, tənzimlənən iqtisadiyyat, total nəzarət altında olan cəmiyyət. Bəxtiyar və İlkinin təlqin etdiyi sosial mədəniyyətlə biz hansı dövləti və cəmiyyəti qura bilərik?” – E.Fətullayev vurğulayıb. Qeyd:Bu gün siyasi fəal İlkin Rüstəmzadə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlıbildiribki, bundan sonra Bəxtiyarı müdafiə edən hər kəs elə onun tayıdır, ya əxlaqsızdır, ya da kimdənsə “paket” alır”.
“Bəxtiyar və İlkinin təlqin etdiyi sosial mədəniyyətlə biz hansı dövləti və cəmiyyəti qura bilərik?”
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


