"Bu gün ölkəmiz dəyərli ilahiyyatçısını, biz isə dostumuzu itirdik. Hacı Şahin Həsənli böyük şəxsiyyət idi, Vətənini, dövlətini, xalqını sevirdi". Pravda.azxəbər verir ki, bunu Milli Məclisinin sədr müaviniAdil Əliyevdeyib. A.Əliyev bildirib ki, Hacı Şahin Həsənli şəhid ailələrinə, qazilərə xüsusi ehtiramla yanaşar, hər zaman şəhid tədbirlərində iştirak edərdi: "Xüsusilə gənc nəslin tərbiyəsində Hacı Şahinin rolu danılmaz idi, minlərlə insanımızın yoluna işıq tutmuş, doğru yola yönəltmişdi. Allahdan əziz Hacı Şahinə rəhmət diləyir, ailəsinə və sevənlərə başsağlığı verirəm".
Adil Əliyev: "Bu gün ölkəmiz dəyərli ilahiyyatçısını, biz isə dostumuzu itirdik"
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


