Kriminal Özəl

“OBA Market”ə böyük məbləğdə cərimə yazıldı

“OBA Market”ə böyük məbləğdə cərimə yazıldı

“OBA Market” MMC Sumqayıt şəhərində olan mağazalarından biri inzibati qaydada cərimə olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, “OBA Market”in barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

Protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramiz Quliyevin icraatına verilib.

Yaxın günlərdə işə baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az