Bəşəriyyət hər zaman imperiyanın qalıqlarından əziyyət çəkib. Müstəmləkəçilik siyasəti bəziləri üçün necə şakərə çevrilibsə, dünyanı bölməyə, dağıtmağa, hər şeyə nəzarət etməyə çalışıblar...
Elə Fransa kimi... Tarixi mənbələrə istinad etsək görərik ki, təkcə Əlcəzairdə Fransız əsgərləri 32 il ərzində milyonlarla dinc sakini qətlə yetirib.
Azərbaycan prezidenti İlham Əliyevin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə, hansı ki, Qoşulmama Hərəkatına daxildir, baş verənlərə görə, üzr istəməyə çağırması tarixi siyasi hadisədir.
Sitat: Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkəçilik imperiyasının iyrənc qalıqlarıdır. Fransanı Afrika, Cənub-Şərqi Asiya və Qoşulmama Hərəkatının üzv ölkələrinə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə, üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” - sitatın sonu.
Müəllif: Azər Niftiyev


