Hadisə

Siyəzəndə bir ailənin 2 üzvü dəm qazından ölüb

Siyəzəndə bir ailənin 2 üzvü dəm qazından ölüb

Siyəzəndə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin S. Xeyrullayev, 63 ünvanında baş verib.

Belə ki, Siyəzən şəhər sakinləri 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər.

Hər iki şəxs Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.//report

D
demokrat.az