Gündəm Özəl

“Həyət evlərində qiymət artımı zəlzələ ilə bağlı deyil” — AÇIQLAMA

“Həyət evlərində qiymət artımı zəlzələ ilə bağlı deyil” — AÇIQLAMA

Türkiyədə baş vermiş zəlzələdən sonra Bakıda həyət evlərin qiymətinin kəskin qalxdığı iddia edilir. Belə ki, Bakıda makler işləyənlər təbii fəlakətdən sonra fərdi evlərə tələbatın artdığını, yekunda qiymətlərin bahalşamaya səbəb olduğunu deyir.

Məsələ ilə bağlı Demokrat.az-a danışan daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı qiymət artımının mövsümlə əlaqəli olduğunu vurğulayıb:

“Həyət evlərində qiyməti deməzdim ki, xeyli qalxıb. Bu, sadəcə ajiotajdır və bəzi şəxslər bu yolla həyət evlərini satmağa çalışırlar. Qiymət artımı isə zəlzələ ilə bağlı deyil və mövsümi xarakter daşıyır".

“Həyət evlərində qiymət artımı zəlzələ ilə bağlı deyil” — AÇIQLAMA
Ekspertin sözlərinə görə, qiymət artımının hansısa yollarla qarşısının alınması mümkün deyil:

"Bunun üçün hansısa bir proqramın hazırlanması, hansısa bir addımın atılması mümkün deyil. Hesab edirəm ki, bu addım əks effekt verə bilər. Ayrı-ayrı mülkiyyətçilərin, mənzil sahiblərinin müəyyən etdiyi qiymətlərdir. Yəni, qiyməti bazar tənzimləyir. O insanlar öz əmlaklarına qiyməti özləri müəyyən edirlər. Buna dövlət hər hansısa formada müdaxilə edə bilməz, etməməlidir də. Bu qısamüddətli sövrü əhatə edən bir məsələdir.

Hesab edirəm ki, bunu mürəkkəb, həll olunmaz bir problem səviyyəsinə qaldırmaq da düzgün deyil. Bu yaxın gələcəkdə, ən azı qarşıdakı maksimum 2-3 ay ərzində tədricən aradan qaldırılacaq. İndiki halda, dövlətin buna müdaxilə etməsi doğru deyil".

Nəzrin Demokrat.az

D
demokrat.az