Qarabağ Özəl

"Tərəflər arasında dialoq üçün ilk addımlardır" — Fərid Şəfiyev Xocalı görüşündən DANIŞDI

Tərəflər arasında dialoq üçün ilk addımlardır — Fərid Şəfiyev Xocalı görüşündən DANIŞDI

Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülməramlılarının Xocalıdakı müvəqqəti qərargahında Milli Məclisin deputatı Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu, ilk görüş deyil. Onun sözlərinə görə, bir neçə dəfə qeyri-rəsmi görüşlər olub:

"Təbii ki, bizim müəyyən strategiyamız və niyyətlərimiz var. Ondan əvvəl də qeyri-rəsmi şəkildə müəyyən görüşlər olub. Təəssüflər olsun ki, orada Vardanyanın peyda olmasından sonra bu görüşlər kəsilmişdi. İndi ilk addımlardır ki, tərəflər arasında müəyyən dialoq olsun.

Ümumiyyətlə, bu gedişata ehtiyatla yanaşardım. Baxaq, ümumiyyətlə dialoq necə davam edəcək".

Aynurə Demokrat.az

D
demokrat.az