Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan prezidenti Katerina Sakellaropulou və Baş nazir Kiryakos Mitsotakisə baş sağlığı verib.
Demokrat.az xəbər verir ki, bu haqda Prezident administrasiyası məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Yunanıstanda baş verən qatar qəzası ilə bağlı dərin kədərini ifadə edib. Qəzada həyatını itirən insanların yaxınlarına başsağlığı verən dövlət başçısı yaralılara şəfa diləyib.
Qeyd edək ki, Yunanıstanın Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub. Sərnişin qatarının bəzi vaqonlarının relsdən çıxdığı qəzada 36 nəfər ölüb, 66 nəfər yaralanıb.
Arzu Demokrat.az


