“AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, MMC-nin işçiləri – Sənan Quliyev və Telman Fətəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçiriblər. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərərşəkmiş şəxslərdən biri – Əli Nuriyev birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenantdır. O, Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə 2021-ci ilin iyunun 11-də özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Pulu ödəsə də, işi görülməyib.
Fariz Məlikli Demokrat.az


