Dünya Özəl

Nigeriyanın yeni prezidenti müəyyənləşdi

Nigeriyanın yeni prezidenti müəyyənləşdi

Nigeriyada keçirilən prezident seçkilərində hakim partiyanın nümayəndəsi Bola Əhməd Tinubu qalib gəlib .

Demokrat.az xarici mediaya istinadla bildirir ki, Milli Seçki Komissiyasının sədri Mahmud Yakubu, Tinubunun 8 milyon 794 min 726 səslə birinci olduğunu elan edib.

O, Tinubunun ən böyük rəqibi müxalif Xalqların Demokratik Partiyasının namizədi Atiku Abubakarın 6 milyon 101 min 533 səs, İşçi Partiyasının (LP) namizədi Peter Obinin isə 6 milyon 984 min 520 səs topladığını qeyd edib.

Federal sistemlə idarə olunan Nigeriyada prezident seçkilərində qalib gəlmək üçün namizəd paytaxt Abuca və 36 ştatdan 24-də 25 faiz səs toplamalıdır.

Tinubu 12 ştatdakı seçkilərdə qalib gəlib, 18 ştatda isə 25 faiz səs toplayıb.

Qeyd edək ki, Nigeriyada prezidentlik uğrunda 18 namizəd mübarizə aparıb.

Fevralın 26-da yerli vaxtla saat 16:00-da başlayan səslərin hesablanması bu gün başa çatıb. Yeni prezident, keçmiş Laqos qubernatoru Bola Əhməd Tinubu namizədliyini Bütün Tərəqqipərvər Güclərin Konqresi partiyasından irəli sürüb.

Arzu Demokrat.az

D
demokrat.az