Hatayın mərkəzi Antakya rayonunda sitrus meyvə anbarında yanğın olub.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yeşilova küçəsində sitrus meyvələri soyuducu anbarında naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə çox sayda xilasetmə, jandarma, polis və sağlamlıq qrupları çağırılıb.
Polis və jandarma qrupları bölgədə təhlükəsizlik tədbirləri həyat keçirib.
Hatay Böyükşəhər Bələdiyyəsi xilasetmə qrupları və ətraf ərazilərdən gələn xilasetmə qrupları plastik sandıqların da olduğu anbarda çıxan yanğına müdaxilə edib.
Aysun Demokrat.az


