Bakıda sıxlıq olan yollar açıqlanıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, aşağıdakı yollarda sıxlıq müşahidə edilir.
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar”metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən, hər iki istiqamətdə; 3. Tbilisi prospekti, hər iki istiqamətdə; 4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. “20 Yanvar”dairəsində; 7. Bakıxanov küçəsi, “Dədə Qorqud”parkı istiqamətində; 8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 11. Koroğlu Rəhimov küçəsi, AkademikHəsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 12. Şəmsi Bədəlbəyli küçəsi, “Qış”parkının qarşısından Mərkəzi Bank istiqamətində; 13. Füzuli küçəsi, Rəşid Behbudov küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər; 14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində; 15. Bülbül prospekti, “Sahil”metro stansiyasının qarşısında; 16. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 17. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.


