Braziliyanın San-Paulo əyalətində sel və torpaq sürüşmələrində ölənlərin sayı 65-ə çatıb.
Demokrat.az xarici KİV-ə istinadla xəbər verir ki, əyalət rəsmiləri axtarış-xilasetmə işlərinin tamamlandığı və əraziyə dəyən ziyanın qiymətlənidirilməsi aparır.
Bildirilib ki, təbii fəlakət nəticəsində 2 mindən çox insan evsiz qalıb, 3 mindən çoxu fəlakət bölgəsindən təxliyə edilib.
Qeyd edək ki, fevralın 18-dən Brazilyanın San - Paulo əyalətində yağan leysan yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Arzu Demokrat.az


