Bu gün Niderlandın Haaqa şəhərində yerləşən Xocalıabidəsi önündəXocalısoyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Azərbycan RespublikasınınNiderlandakısəfirliyinin dəstəyi ilətəşkil olunan tədbirdəAzərbycan Respublikasının Niderland krallığındakısəfiri Rəhman Mustafayev, Türkiyənin Niderland krallığındakısəfiri Səlçuk Ünal, Cənubi Holland regionu üzre Xristian Demokrat Çağırışpartiyasından şura üzvüMaykl Roxier, Azerbaycan vəTürk icmalarının üzvləri iştirak ediblər.
İlk öncəXocalıabidəsi qarşısında Azərbaycan vəTürkiyə səfirlikləri tərəfindən əklillər qoyulubvəşəhidlərin ruhuna dualar oxunub. Daha sonra tədbir iştirakçılarıçıxışediblər.
Tədbiri giriş sözü iləAzərbaycan Niderland Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkınaçaraq, daha sonra sözüAzərbaycan Respublikasının Niderland krallığındakısəfiri Rəhman Mustafayevə verib. Səfir çıxışındaXocalıya ədalət naminəhər birimizin var gücüiləçalışmalı olduğunu, bu soyqırımı törədənlərin ədalət qarşısınaçıxarılmasına nail olacağımızı bildirib.Türkiyənin Niderland krallığındakısəfiri çıxış edərək,qardaşTürkiyəxalqının hər zaman Azerbaycanın yanında olduğunu, kədərinin kədərimiz,sevincinin sevincimiz olduğunu vurğuladı. Daha sonra M.Roxier çıxış edərəkXocalısoyqırımına hüquqi qiymətin verilməsinin vacibliyini qeyd edib. 




