Xarici siyasət

Nazir Lavrovun Azərbaycana planlaşdırılan səfərindən danışdı

Nazir Lavrovun Azərbaycana planlaşdırılan səfərindən danışdı

“Gələn həftənin əvvəli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır. Rusiya-Azərbaycan gündəliyi genişdir, hər zaman yığılmış məsələlər var ki, onları vaxtaşırı müzakirə etməyə ehtiyac var".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, rusiyalı həmkarı ilə görüşdə həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə ediləcək:

“Düşünürəm ki, bu görüş yaxşı fürsət olacaq. İkitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə predmeti olacaq”.

D
demokrat.az