İdman

Samir Abasov: “Bu cür oynasaq, Premyer Liqanı layiqli şəkildə tərk edəcəyik”

Samir Abasov: “Bu cür oynasaq, Premyer Liqanı layiqli şəkildə tərk edəcəyik”

“Bu cür oynayaraq Premyer Liqanı tərk etsək, deməli, ona layiqik”.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis ilk dəqiqələrdən oyunlarının alınmadığını bildirib: “Bu cür start götürürsənsə, nəticə də belə olacaq. Düzdür, nə məndən əvvəl, nə də mənim dövrümdə həddən artıq yaxşı oyunlarımız olub. Ancaq bu, ən bərbad oyunumuz oldu. Layiqli şəkildə də uduzduq. Matçdan əvvəl danışdıqlarımız hara, meydandakı oyun hara. Rəqibin hansı vəziyyətlərdə qol vura bildiyini danışmışdıq. Amma “Kəpəz” yenə də həmin formada fərqləndi. Son 2-3 dəqiqəni saymıram. Bu, hər komandada olur. Öz meydanında ilk dəqiqələrdən ağırlığını qoya bilmirsənsə, məğlubiyyəti qəbul etməlisən”.

NE
Nihadə Eyyubova