Masallıda üç it 40 yaşlı kişini parçalayıb öldürüb, köməyə gələn iki nəfərə də xəsarət yetiriblər.
APA-nıncənub bürosunun verdiyi məlumata görə, Ceyhun adlı 40 yaşlı kişi örüş sahəsində qoyun otaran zaman həyət evlərindən çıxan üç it ona hücum edib.
Bu zaman yardım etməyə gələn iki nəfər də xəsarət alıb.
Ceyhunun səsini eşidən iki nəfər ona köməyə gedib. Digər iki nəfər də itlərin hücumuna məruz qalıb.
Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


