"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxıb.
Demokrat.az xəbər verir ki, təmsilçimiz Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gəlib. Görüşün əsas vaxtında "Gent" 1 qol vuraraq ümumi hesabı bərabərləşdirdiyi üçün əlavə vaxt ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan Belçika təmsilçisi 5:3 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. "Qarabağ" isə turnirdə mübarizəni dayandırıb.
Komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.
Konfrans Liqası, pley-off mərhələsi Cavab oyunu
"Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Penaltilər seriyası - 5:3) Qol: Orban, 75
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya) VAR: Devid Kut (İngiltərə)
Gent, "Gelamko Arena"
İlk oyun - 0:1.


